Sumqayıt şəhəri Təzə Kotec qəsəbəsinin 5 sakini balıqdan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər
sumqayitxeber.com saytı Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, Noyabrın 18-də Sumqayıt şəhəri Təzə Kotec qəsəbəsi ərazisindən, qəsəbə sakinləri Rəşad Hacıyev, onun oğlu 3 yaşlı Ərşad, İlkin Ələkbərov, Şəhanə İbadova və onun bacısı Gülbanu yedikləri balıqdan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyətləri orta-ağırdır.
Qeyd edək ki, dünən “sumqayıtxeber.com ” saytı şəhərimizdə satışda olan balıq məhsullarında bakterioloji çirklənmə müşahidə olunması ilə bağlı xəbər vermişdi.
Qeyd edək ki, dünən “sumqayıtxeber.com ” saytı şəhərimizdə satışda olan balıq məhsullarında bakterioloji çirklənmə müşahidə olunması ilə bağlı xəbər vermişdi.