Sumqayıtda BarCamp Azərbaycan-09 qeyri-konfransına həsr olunmuş MiniBar keçirilib

997

Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasında “BarCamp Azərbaycan 2009” qeyri-konfransına həsr olunmuş MiniBar keçirilib. Minibarda təşkilatçılar BarCamp təcrübəsi, BarCamp Azərbaycanda, BarCamp və onun İnformasiya Texnologiyalarının inkişafında rolu haqqında iştirakçılara məlumat veriblər. Cari ilin avqust ayının 14-16-da Gəncə şəhərində keçiriləcək konfransda məqsəd İnternet və media layihələrinin inkişafına kömək etmək, Yeni və Ənənəvi Media mütəxəssisləri arasında təcrübə mübadiləsi yaratmaq, yeni internet layihələrini tanıtmaq, eləcə də İT və media mütəxəssisləri arasında müxtəlif mövzularda müzakirələr təşkil etmək, “start-up” tipli, o cümlədən mövcud İnternet və Yeni Media layihələrinin inkişafı üçün müxtəlif biznes və qeyri-biznes qurumları ilə gənclər arasında əlaqənin qurulmasına kömək etməkdir.

Qeyd edək ki, “Barkamp Azərbaycan” 2008-ci ilin aprelindən etibarən fəaliyyət göstərir. Bu müddətdə BarKamp Lənkəran (27-29 avqust, 2008), Beynəlxalq BarKamp Kaspian (27-29 mart, 2009) və Media-QHT-İnternet üçlüyünü özündə birləşdirən KörpüKamp (16-17 may, 2009) qeyri-konfranslarını təşkil edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Gunel
    Avqust 12, 2009 - 10:33

    salam Eyvaz muellim bes bizim telebelerin shekilleri hardadir telebeler shekillerini gozleyirler helelik

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər