Sumqayıtda baş verən bir neçə oğurluğun üstü açıldı

1610

sumqayitxeber.com xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin noyabr ayından cari il yanvarın 18-dək olan müddətdə 4 bağ evindən kombi, su mühərriki, təmir-tikinti alətləri və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Etibar Əliyev saxlanılıb.

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari il yanvarın 24-dək olan müddətdə şəhər ərazisində 5 evdən və həyətyanı sahələrdən məişət əşyaları, 10 ev quşu və 30 göyərçin oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtiram Əliyev saxlanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər