Sumqayıtda baş verən dəhşətli yol qəzasında Azərbaycanın sərbəst güləş yığmasının məşqçisi ölüb

1884

 

 

 

 

 

 

 

 

Respublika Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, 1983-cü il təvəllüdlü şəhər sakini Aslanov Elnur İsgəndər oğlu

“VAZ-21015” markalı, 50-CF-072 dövlət qeydiyyat nişanlı avtomobili Sahil küçəsi ilə idarə edərkən onu hasara vurub.

Qəza nəticəsində sürücü və avtomobilində olan sərnişinlər, Sumqayıt şəhər sakinləri, 1977-ci il təvəllüdlü Abışov Gündüz Ramiz oğlu və Babayev Valeh Ağakişi oğlu hadisə yerində ölüblər, 1976-cı il təvəllüdlü Nemətov Eldar Müslüm oğlu isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Apasport.az saytının yazdığına görə, E. Aslanov sərbəst güləş üzrə Azərbaycan milli komandasının məşqçisidir. Aslanov az öncə Ankarada başa çatan gənclər arasında XV “Çempionlar” beynəlxalq turnirində Azərbaycanın sərbəst güləş yığmasına rəhbərlik edib. Həmin komandanın heyətində isə Orxan Şərifov (84 kq) 3-cü yeri tutub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər