Sumqayıtda baş vermiş qətllə bağlı bəzi məqamlar ortaya çıxıb

1680

Sumqayıtda iyunun 5-də 41 yaşlı Tahir Babayevin qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın yerli bürosu hadisə ilə bağlı detallar əldə edib.

Məlum olub ki, qətlə yetirilən 1978-ci il təvəlüdlü Babayev Tahir Gülmurad oğlu idmançı olub. Amma o, bir müddət sonra idmanı buraxaraq narkotik vasitələrə qurşanıb. Hətta T.Babayev məhkumluq həyatı da yaşayıb. Həbsxanadan çıxdıqdan sonra taksi fəaliyyəti ilə məşğul olub.

Hadisə baş verən gün o, iş başında olubmuş. Müştərilərdən birinin telefonu onun avtomobilində qalıb. Qətlin də elə bu səbəbdən törədildiyi ilə bağlı fikirlər səslənir. Həmin gün gecə saatlarında Tahiri bir qrup şəxs söhbətə çağırıb. İyunun 5-də gecə təxminən saat 1 radələrində bir neçə kafenin bağlı olduğunu görən şəxslər 11-ci mikrorayonda yerləşən “Xanə” kafesinə gediblər. Tərəflər arasında mübahisə elə sözügedən kafenin qarşısında başlayıb. Keçmiş idmançını mübahisəyə çağıranın bir nəfər deyil, bir neçə nəfər olduğu bildirilir. Mübahisə sonda davaya çevrilib. Nəticədə T.Babayev 18 bıçaq zərbəsiylə qətlə yetirilib.

Artıq hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər