Sumqayıtda batareya udan körpə öldü

1648

Sumqayıtda valideyin nəzarətindən kənarda qalaraq batareya udan azyaşlı ölüb

Lent.az APA-ya istinadən xəbər verir ki, 2022-ci il təvəllüdlü Qədirova Məryəm Qafur qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Valideynlər onu əvvəlcə Sumqayıt Hospitalına aparsalar da, sonradan vəziyyətin ağırlaşdığını gördükdə, dərhal travmotologiya şöbəsinə yerləşdiriblər. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, azyaşlı bu gün səhər müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər