“Şəhərin uşaq bağçalarında 200-dən artıq qrup və 120 yardımçı otaq boşalacaq”
Bu fikirlər Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuata açıqlamasında səsləndirilib.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət və ictimai-siyasi sabitlik nəticəsində qaçqın və məcburi köçkünlər dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. Onların mənzil-məişət problemlərinin həlli istiqamətində müvafiq işlər həyata keçirilir.2017-ci il martın 9-da qaçqın və məcburi köçkünlərin sosial məsələlərinə həsr olunmuş müşavirədə bir sıra mühüm problemlərə toxunan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın aidiyyəti qurumların rəhbərlərinə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün verdiyi tapşırıq Sumqayıt şəhərində uğurla icra olunur”- deyə Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Eyvaz Qocayev bildirib ki, Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda 936 mənzildən ibarət yaşayış binalarının tikintisinə 2,8 hektar torpaq sahəsi ayrılıb və hazırda işlər yekunlaşmaq üzrədir: “Kompleksin tikintisi başa çatdıqdan sonra şəhərin uşaq bağçalarında 200-dən artıq qrup və 120 yardımçı otaq boşalacaq. Bu da 3000-dən çox uşağın bağçalara əlavə qəbul olunması və ya təqribən 15 yeni bağçanın tikintisi deməkdir.”