Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar Sumqayıt şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarını təşkil olunacaq.
Məqsəd şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınmasıdır.
Yarmarkanın 29 dekabr tarixindən fasiləsiz olaraq 10 gün müddətində keçirilməsi nəzərdə tutulub.
Ünvan:53- cü məhəllə, daş bazarının arxası.