Sumqayıt şəhərində qanlı cinayət hadisəsi baş verib. Sumqayıt şəhər Polis İdarəsindən “Azadinform”a verilən məlumata görə, hadisə şəhərin Ceyranbatan bağlar yaşayış sahəsində qeydə alınıb.
Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Mahir İbrahimov münaqişə zəminində həmin ərazidə tikilmiş evlərdən birində yaşayan Tural Babaverdiyevi bıçaqlayıb. Bıçaq xəsarəti alan Tural Babaverdiyev ağır vəziyyətdə şəhər xəstəxanasına yerləşdirilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Mahir İbrahimov həbs edilib. O, törətdiyi əməli etiraf edib.
Faktla bağlı cinayət işi başlayıb. Natiq Bağırov/AZADİNFORM