Sumqayıtda şəhər icra hakimiyyəti tərəfindən bina fasadlarının üzlənməsi işləri gedir. İşlər əsasən Heydər Əliyev prospekti və Azərbaycan küçəsindəki binalarda aparılır. Aqlayla üzlənən bu binalar şəhərin memarlıq estetikasında yeni bir mərhələnin olacağı ümidlərini yaradır. Sevindirici haldır ki, fasadlama işləri zamanı binaların tarixi memarlıq elementlərinə, stilistikasına, dizayn və naxışlarına toxunulmur.
sumqayitxeber.com DTV-nin ərazidən hazırladığı süjeti təqdim edirik.