Sumqayıtda binanın yanmasına nə səbəb olub? – EKSKLÜZİV – YENİLƏNİR

1045

Dünən Suqayıtın 3-cü mkr-n, Sülh küçəsi 58/11 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş verən yanğın günün əsas hadisəsinə çevrildi.
Bu gün isə yanğının səbəbləri ilə bağlı bəzi məlumatlar yayılıb. Məlumatda bildirilir ki, yanğına səbəb bayramla əlaqədar atılan fişəng olub: “Fişəngdən çıxan qığılcım binanın üzlüyünün alışmasına səbəb olub”.
Başqa bir versiyaya görə isə üzlüyün alışmasına səbəb binanın üzünə yeni çəkilən işıqlandırma sistemində baş verən qısa qapanma səbəb olub.
Hər halda, hadisənin səbəbləri ilə bağlı rəsmi açıqlamanı gözləyək.

Qeyd edək ki, yanğın zamanı 250 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə edilmişdir. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Tural

QEYD: Fotoda yanmış binada bu gün aparılan bərpa işləri əks olunub.
Fotolar müəllifindir

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər