Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan ilk Milli Teatr Festivalı çərçivəsində Sumqayıtda da respublikada fəaliyyət göstərən müxtəlif Teatr kollektivləri tərəfindən tamaşalar nümayiş olunacaq. Belə ki, cari ilin fevral ayının 24-də Gəncə Dövlət Dram Teatr kollektivinin ifasında Ə.Əmirlinin “Varlı qadın”, 26-da Şuşa Dövlət Musiqili Dram Teatr kollekitivinin ifasında E.Abdullayevanın “Ağ qayıq”, mart ayının 3-də isə Lənkəran Dövlət Dram Teatr kollektivinin ifasında M. Xubainin “Şeytanın oyunları” tamaşası Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnəsində teatrsevərlərə təqdim ediləcək.
H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrından verilən məlumata görə şəhər Teatr kollektivinin ifasında cari ilin mart ayının 4-də Bakıda Aktyor Evində “Şah” tamaşası, öz səhnəsində isə mart ayının 5-də Ç. Aytmatovun “Ümid sahili”, 6-da Y.O.Nilin “Qarağaclar altında məhəbbət” tamaşaları nümayiş olunacaq.
Milli Teatr Festivalı Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramının təsdiq edilməsi haqqında 18 may 2009-cu il tarixli Sərəncamına əsasən 2010-cu ilin fevral ayından başlayaraq il ərzində keçiriləcək.
Ümumilikdə respublikada fəaliyyət göstərən 27 teatrın iştirak edəcəyi Milli Festivalın keçirilməsində məqsəd ölkə teatrları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, regional teatrların fəaliyyətinin stimullaşdırılması və onların paytaxt tamaşaçılarına təqdim olunması üçün imkanların yaradılmasıdır.
Xəbərə görə təşəkkürlər.Əla xəbərdir evdə oturmaqdan insan sixilir,heç olmasa teatra getmək insani az da olsa yüngülləşdirər.
SUMQAYITDA USAQ TAMASALARI OLUR?? USAQLARI TAMASAYA APARMAQ ISTEYERDIM.SAYTDA O BAREDE MELUMATLAR YERLESDIRILSE COX SEVINEREM.
men usagi teatr ucun bakiya apariram sumqayitda var ve hardadir?mumkunse cavab tez verin