Bir nəfər marşurut dayanacaqında köməksiz vəziyyətdə qalıb
Sumqayıt şəhərində hava şəraitinin dəyişməsi və qarın yağması səbəbindən 1 nəfər kişi xəstə vəziyyətində marşurut dayanacaqda köməksiz vəziyyətdə qalıb.
FHN-i xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə həmin şəxsi hadisə yerindən, 3 saylı xəstəxanaya çatdıraraq aidiyyəti üzrə təhvil verilıb. Əməliyyat saat 08:28-də başa çatıb.