Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Elman Cavadov dəfn edilib

1289

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Xurşud oğlu Cavadovla Sumqayıt şəhərində vida mərasimi başa çatıb.

Şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Elman Xurşud oğlu Cavadov 1973-cü il sentyabrın 5-də Sumqayıtda anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər