Sumqayıtda biznesmen sevdiyi qadını 69 bıçaq zərbəsi ilə öldürübmüş

896

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ötən il fevralın 19-u saat 19 radələrində şəhərin 6-cı mikrorayon ərazisində yerləşən evdə 1995-ci il təvəllüdlü Samirə Məmmədzadəni qətlə yetirən şəxsə hökm oxunub.

Publika.az-ın əldə etdiyi məlumata görə, 28 aşlı Samirəni qətlə yetirən 1982-ci il təvəllüdlü Taleh Əhmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilib.

Araşdırmalar zamanı məlum olub ki, Ağdam rayon sakini olan Samirə Məmmədzadə Sumqayıt Dövlət Universitetini bitirdikdən sonra 1 il ASAN Xidmətdə təcrübə keçib. O, daha sonra Sumqayıt Şəhər Məhkəməsində texniki işçi kimi çalışıb. Sonra isə geyim mağazasında satıcı kimi çalışmağa davam edib. Bu müddətdə Samirə evli və 3 uşaq atası olan Taleh Əhmədovla tanış olub və aralarında sevgi münasibəti yaranıb.

Lakin bir müddət sonra onların arasındakı münasibət pisləşib və Samirə iş yerini dəyişib. Bundan sonra Taleh Samirəni izləməyə başlayıb və onun işlədiyi yeri və qaldığı evi öyrənib. O, hadisə günü bıçaq götürərək Samirənin kirayə yaşadığı mənzilə zorla daxil olub. 42 yaşlı biznesmen qeyri-rəsmi münasibətdə yaşadığı qadını 69 bıçaq zərbəsi ilə amansızla öldürüb. O, Samirənin yalvarışlarına məhəl qoymayaraq onu həyatdan məhrum edib.

Hadisədən sonra Taleh Samirənin atasına zəng edərək qızının başını kəsdiyini deyib. Dərhal rayondan Sumqayıta gələn kişi qızının qan içindəki meyitini tapıb. Taleh polis bölməsinə gedərək təslim olub.

Məhkəmənin bir neçə gün öncə çıxardığı hökmlə Taleh Əhmədov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər