Sumqayıtda borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

839

Dekabr ayının 13-də 2 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının məcburi alınması işinin təşkili şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən sahibkar Abasquliyev Sərdar Hüseyn oğluna məxsus “Dan ulduzu” şadlıq evində (VÖEN 1601242982) və 1-ci mikrorayon, Nərimanov küçəsində yerləşən Qurbanov Asif Əli oğlunun icarəyə götürdüyü “Şaban” geyim mağazasında (VÖEN 2900081272) əmlak siyahıya alınıb.

Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, vergi əməkdaşları tərəfindən S.Abasquliyevə məxsus “Dan ulduzu” şadlıq evinin 3 min 512,49 manat məbləğində maliyyə sanksiyasından ibarət vergi borcunun olduğu müəyyənləşdirilib, 25 noyabr 2011-ci il tarixdə sahibkar S.Abasquliyevə vergi borcunun ödənilməsinə dair son bildiriş göndərilib. 28 noyabr 2011-ci il tarixdə isə Vergi Məcəlləsinin əmlakın siyahıya alınması məsələlərini özündə əks etdirən 89-cu maddəsinə əsasən şadlıq evində həmin məbləğdə əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb.
Dekabrın 13-də vergi orqanları əməkdaşları tərəfindən şadlıq evində nağd pul vəsaiti aşkar olunmadığından obyektdəki 4 332 manat dəyərində 4 ədəd kondisioner, 2 ədəd soyuducu, 10 dəst stol-stul müvafiq qaydada siyahıya alınıb.
Vergi əməkdaşları tərəfindən A.Qurbanova məxsus “Şaban” mağazasında aparılmış səyyar vergi yoxlamaları nəticəsində əsas borc 1 038,5 manat, 294 manat maliyyə sanksiyası, 520,65 manat faiz borcu olmaqla ümumi borc məbləğinin 1 862,14 manat olduğu müəyyən edilib.

Oktyabrın 24-də sahibkara vergi borcunun ödənilməsinə dair bildiriş göndərilib, noyabrın 4-də isə onun icarəyə götürdüyü mağazada 1 862,14 manat məbləğində əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. Dekabrın 13-də vergi orqanları əməkdaşları tərəfindən mağazada nağd pul vəsaiti aşkar olunmadığından, obyektdəki müvafiq borc məbləğində 17 dəst kişi kostyumu siyahıya alınıb.  Əli Əhmədov – APA-ECONOMICS.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər