Sumqayıtda bu ərazilərdə qaz olmayacaq – SƏBƏB

1158
Sumqayıtda qaz olmayacaq.
“Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsindən ONA-nın yerli bürosuna verilən məlumata görə, şəhərin Nəriman Nərimanov küçəsində yerləşən qaz kəmərində qəza baş verib.

Qəzanın aradan qaldırılması ilə əlaqədar olaraq, 17aprel tarixində saat 10:00-dan saat 17:00-dək Sumqayıt şəhərinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 12, 10, 14, 15, 16, 17, 18, 19, 20, 21, 29, 30, 34, 36, 45-ci məhəllələr,  1, 5, 6-cı mikrorayonlar, Betonzavod ərazisi və İnşaatçılar qəsəbəsində qaz təchizatı dayandırılacaq.
Müvəqqəti narahatlığa görə “Azəriqaz” İstehsalat Birliyi əhalidən üzr istəyir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər