Sumqayıt bu gün gülüstana çevrilib. Küçə və parklar, xiyabanlar, yol kənarları gül-çiçəyə qərq olub. Son illərdə yaşıllıq sahələrinin artırılması şəhərdə ekoloji mühiti xeyli yaxşılaşdırıb.
Bu mövsüm şəhər ərazisində 1 milyona yaxın mövsümü güllər, 350 mindən çox çoxillik gül kolu, 75 min ağac əkilib, 5 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.
Bəli, bir vaxtlar köhnə zavodların qara tüstüsünün çirkləndirdiyi Sumqayıtda o görüntülərdən əsər-əlamət yoxdur. Bu gün dünya standartlarına uyğun müasir texnologiyalar əsasında fəaliyyət göstərən müəssisələr nəinki Sumqayıtın havasını çirkləndirmir, şəhərin simasına əlavə yaraşıq verir. Hər şənbə və bazar keçirilən iməciliklər isə şəhərdəki yaşıllıqlara aqrotexniki qulluğun vaxtında və düzgün aparılmasında mühüm rol oynayır.