Sumqayıtda bu sahədə işə başlamaq üçün nə qədər pul lazımdır? – MƏBLƏĞLƏR

1539

Azərbaycanda valyutadəyişmə məntəqəsi açmaq üçün tələb olunan vəsaitin məbləği açıqlanıb.

FED.az xəbər verir ki, söhbət belə məntəqələri açacaq şəxslərin əlavə xərcləri ilə yanaşı, girov kimi bankda saxlayacaqları məbləğdən gedir. Lisenziya almaq üçün girov vəsaitinin məbləği məntəqənin yerləşdiyi yerdən asılı olaraq dəyişir.

Əgər məntəqə Bakıda fəaliyyət göstərəcəksə, o zaman 50 000 manat və 50 000 dollar girova ehtiyac olacaq.

Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində valyuta dəyişmə məntəqələrinə sahib olmaq istəyənlər 25 000 manat və 25 000 dollar ödəməli olacaq.

Digər bölgələrdə bu işi həyata keçirmək istəyənlər isə girov formasında 10 000 manat və 10 000 dollar ödəməlidirlər.

Başqa sözlə, Bakıda fəaliyyət göstərən məntəqələrin sahibləri bankda ümumilikdə 135 min manat, iri şəhərlərdə 67,5 min manat, bölgədə isə 27 min manat vəsait saxlamalı olacaqlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər