Sumqayıtda bu zavod işçi axtarır

2249

Sumqayıt Texnologiyalar Parkı Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir.


Vəzifənin adı : Beynəlxalq satışlar departamenti, Satış meneceri (Alüminium profillər / sendviç panellər / Metalkonstruksiya məmulatlarının satışı üzrə)

Vəzifə öhdəlikləri:

• Müəssisənin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması;
• Müəssisənin uğurlu imicinin yaradılması;
• Biznes proseslərinin təkmilləşdirilməsi;
• Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, müəssisənin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili;
• Bazarda mövcud olan şirkətlərin, onların məsullarının və tariflərinin öyrənilməsi və təhlili, bazarın seqmentasiyası;
• Yeni məhsulların yaradılması, onların təşviq metodlarının seçilməsi;
• Məhsulların satılması üçün yeni kanalların axtarılması;
• Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi
• Dövrü hesabatların hazırlanması və təhlili;
• Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi.

Təhsil/Təcrübə:

• Ali təhsil;
• Analoji sahədə ən azı 2 il iş təcrübəsi olmalı (İstehsal sahəsi üzrə təcrübə arzuolunandır);
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli;
• Azərbaycan, Rus, Alman və İngilis dillərində sərbəst danışmalı;
• Yüksək səviyyədə ünsiyyət qurabilmə qabiliyyətinə malik olmalı;
• İşgüzar və məsuliyyətli olmalı;

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00;
• E-mail: cv@stp.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər