Sumqayıt şəhəri ərazisindəki köşklərin birindən 35 manat, tütün məmulatı və sərinləşdirici içki oğurlanıb.
sumqayitxeber.com teleqraf.com-a istinadən xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş İsmət Eynullayev saxlayıb.
Onun bu il aprelin 29-dan oktyabrın 21-dək olan müddətdə şəhər ərazisində 5 avtomobildən, 1 mağazadan, 1 evdən, 1 qarajdan, 1 həyətyanı sahədən, habelə 3 nəfərin cibdən pul, maqnitofon, mobil telefon, velosiped və məişət əşyaları oğurladığı müəyyən edilib.