Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu

2029

25-26 mart 2019-cu il tarixlərində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər şöbəsinin birgə təşkilatçılığı ilə Sumqayıt Olimpiya İdman Kompleksində Dövlət Təhlükəsizlik Orqanlarının yaranmasının 100 illik yubileyinə həsr olunmuş cüdo üzrə 2005-2006-cı il təvəllüdlü oğlan və qızlar arasında şəhər birinciliyi keçirilmişdir.
Yarışın açılış mərasimində çıxış edən Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət və qayğı göstərdiyini, bu sahənin Dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini və yüksəlişinin əsası qoyularaq Müstəqil Azərbaycanın idman ölkəsi kimi Beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulmasının geniş vüsət almasını qeyd etmişdir.
T.Səmədov çıxışını davam edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin, uğurlu idman siyasətinin nəticəsində Azərbaycanın bütün bölgələrində möhtəşəm Olimpiya İdman Komplekslərinin tikildiyini, ölkəmizin hərtərəfli və dinamik inkişafını, ictimai-siyasi sabitliyini, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübəni, müasir idman infrastrukturunun yaradılmasından, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan bəhs etmişdir.
Ölkə başçısının həyata keçirdiyi sosial, iqtisadi əhəmiyyətli tədbirlər nəticəsində respublikamızın hər yerində olduğu kimi, qısa bir dövrdə Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni həyatında davamlı inkişafa nail olunması, Ümummilli liderimizin adına layiq, möhtəşəm Heydər Əliyev Mərkəzi, memarlıq inciləri olan Şahmat və Uşaq İncəsənət məktəbləri, Bayraq Muzeyi son dövrün möcüzəsi olan füsünkar Sumqayıt Bulvarının tikilərək sakinlərin istifadəsinə verilməsi haqqında geniş məlumat vermiş, birinciliyi açıq elan etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı.
Tədbirin bədii hissəsində Turan rəqs qrupu, gənc müğənni İbrahim Fərzəliyev və Şəbnəm Faiqqızının ifasında mahnılar səsləndirilmişdir.
İki gün gərgin idman mübarizəsi şəraitində davam edən birincilikdə Amin İsmayılov (34 kq), Murad Balacayev (38 kq), Nuran Abuzərli (42 kq), Arif Zalıyev (46 kq), Vaqif Bəbirli (50 kq), Hüseyn Quluzadə (55 kq), (66 kq), Sakit Səlimov (60 kq), Şükran Əhmədov (66 kq), Səfər Səfərov (73 kq), Rəşad Şirinli (+73 kq) oğlanlar arasında, Zəhra Hüseynova (36 kq), Aynur Əfəndiyeva (40 kq), Zəhra Mehdiyeva (44 kq), Telli Atazadə (48 kq), Zeynəb Əhmədova (52 kq) və Səkinə Baxşıyeva (57 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Qalib və mükafatçılar Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və hədiyyələrilə mükafatlandırılmışlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər