SUMQAYITDA “CÜMƏ” MƏSCİDİ BARƏDƏ POLİSƏ YANLIŞ MƏLUMAT VERİLİBMİŞ

942

Namaz1azSumqayıtda Kərbəla faciəsi ilə bağlı keçirilən əzadarlıq mərasimlərinə polis tərəfindən tətbiq edilən qadağa götürülüb. Bu barədə deyerler.org-a şəhər möminləri xəbər veriblər. Onların dediyinə görə, polisin saat 19:30-dan sonra əzadarlıq mərasimləri keçirilməsini yasaqlaması ona verilmiş yanlış məlumatlara görə olub.

Sumqayıt “Cümə” məscidinin axundu Hacı Raufun verdiyi açıqlamada bildirib: “Polisə məlumat çatdırıblar ki, güya Sumqayıt “Cümə” məscidinə vəhhabi adlandırılan şəxslər gəlib-gedir. Guya onlar buraya yığışırlar. Onların burada, İmam Hüseyn mərasimlərində nə işi var? Sonra polislər axundla danışıqlardan sonra özləri də anladılar ki, bu mərasimləırin onlara aidiyyəti ola bilməz. Bundan sonra polislər çıxıb getdilər. Hazırda da Sumqayıtda əzadarlıq məclisləri davam edir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər