Sumqayıtda daha 7 müəssisə fəaliyyətə başlayacaq

2464
Sumqayıt Kimya Sənaye Parkı (SKSP) Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Fins.az xəbər verir ki, parkın yaradılmasında məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır. 506 hektar ərazidə yerləşən Sumqayıt Kimya Sənaye Parkında investorlar üçün lazımi infrastruktur yaradılıb.
Təkcə 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında 4 müəssisə  – “Aqrokimya Azərbaycan” MMC-nin pestisidlər istehsalı zavodu, “MST Engineering Services” MMC-nin təzyiqə davamlı xortum və fitinq birləşmələrinin istehsalı zavodu, “Alco Lubricant” MMC-nin sürtkü yağları istehsalı zavodu və “STDC” MMC-nin Data Mərkəzi açılıb, “AzerFloat” QSC-nin şüşə istehsalı zavodunun, “Azərxalça” ASC-nin yunəyrici-boyaq və “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabrikinin təməli qoyulub. Bununla da, Sumqayıt Kimya Sənaye Parkında hazırda fəaliyyətdə olan müəssisələrin sayı 6-ya çatıb. SKSP-də daha 7 müəssisənin 2018-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur.
Hazırda SKSP-nin 16 rezidenti var. Parkın rezidentlərinin layihələrinin investisiya dəyəri 2,7 milyard ABŞ dollarıdır. Artıq həmin layihələrə 1,9 milyard ABŞ dolları investisiya yatırılıb. Hazırda Sənaye Parkında istehsalat və tikintidə 8400 işçi çalışır. Sumqayıt Kimya Sənaye Parkına yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər