Sumqayıtda daha bir abidənin açılışı olacaq

771

Üzeyir Hacıbəyovun abidə kompleksində aparılan tikinti işləri yekunlaşmaq üzrədir

u_hacibeyov1Sumqayıt şəhəri Ü.Hacıbəyov küçəsində inşa edilən dahi bəstəkarın abidə kompleksində aparılan tikinti işləri yekunlaşmaq üzrədir.

Abidə kompleksində gedən tikinti işləri ilə yaxından tanış olan şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev tikinti işləri ilə maraqlanıb, işlərin sürətləndirilməsi və keyfiyyətli icrası barədə öz tövsiyə və tapşırıqlarını verib. Abidə kompleksinin inşa edildiyi xiyabanın eni – 23 metr, ərazinin uzunluğu – 61 metr təşkil edir. 1340 kvadrat metrlik abadlaşdırılan sahənin təxminən 740 kv.m. hissəsində tamet döşəmə salınır, yaşıllaşdırılan sahələrdə, əsasən, çəmən, dekorativ ağac və kollar əkiləcək, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılacaq.

Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu Ü.Hacıbəyovun abidəsinin ümumi hündürlüyü 12 metr, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m -dir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib, üzərində 5 metr yüksəklikdə yerləşən bürüncdən hazırlanan barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işlənilib. Əks tərəfdən isə eyni fon üzərində Milli musiqi alətlərimizin, tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşəcək.

uhacibeyov2

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər