Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə indiyədək 20 rayonda xalça fabriki açılıb.
İqtisadiyyat Nazirliyindən sumqayitxeber.com-a verilən məlumata görə, bunu bu gün iqtisadiyyat naziri Şahin Mustafayev nazirliyin Kollegiya iclasında bildirib.
Nazir deyib ki, bu il daha 11 xalça fabriki istifadəyə veriləcək. Ş. Mustafayev qeyd edib ki, 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin tikintisi davam etdirilir və 2019-cu ildə fəaliyyətə başlayacaq. Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici Boyaq Fabrikinin tikintisi aparılır.