Sumqayıtda daha bir şirkət koronavirusla mübarizəyə 200 min manat ayırdı

999

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Azertexnolayn” MMC tərəfindən də dəstək göstərilib.

MMC-dən bildirilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Bir olaq, dəstək olaq” çağırışına qoşulan “Azertexnolayn” MMC koronavirusla mübarizə məqsədilə Fonda 200 min manat vəsait köçürüb.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ilk rezidentlərindən olan “Azertexnolayn” MMC 2013-cü ildən fəaliyyət göstərir. Ölkədə sənaye infrastrukturunun inkişafına, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsinə öz töhfəsini verən müəssisədə ixracyönümlü polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər