Sumqayıtda avtobus dayanacaqlarında avtobusların hərəkət cədvəlini göstərən tablolar quraşdırılır.
İlkin olaraq 2 avtobus dayanacağında belə tablolar quraşdırılıb. Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov bildirib ki, şəhərdə avtobusların hərəkət cədvəlini və şəhərin ümumi planını göstərən tabloların quraşdırılmasına ilk olaraq Heydər Əliyev və Sülh prospektlərindən başlanılıb: “Bu tablolar sərnişinlərin mənzilbaşına rahat çatması və vətəndaşların avtobusların hərəkət trayektoriyası barədə məlumatlı olması məqsədi daşıyır. Belə tablolar daha 20 dayanacaqda qoyulacaq. Yaxın zamanlarda şəhəri tam əhatə etməsə də, vətəndaşlar əsas küçə və prospektlərin dayanacaqlarında bu tipli tablolarla rastlaşacaqlar”.
Xədicə Səxavətqızı, xeberle.com