Sumqayıtda “Dahi şəxsiyyət və müdrik lider” adlı tədbir keçirilib

853
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Şəhərinin Tarixi Muzeyinin və Əhməd Bakıxanov adına Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Dahi şəxsiyyət və müdrik lider” adlı tədbir keçirilib.
Öncə “Heydər Əliyev və Sumqayıt” sərgi zalı ilə tanış olan qonaqlara Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film təqdim olunub. Akt zalında davam etdirilən tədbirdə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir “Fidanlar” rəqs qrupunun (bədii rəhbər:E. Hüseynli) ifasında “Bayram suitası” rəqsi ilə davam etdirilib. Sonra şagirdlərdən ibarət xor tərəfindən T.Cəbrayılovun “Eloğlu” mahnısı ifa edilib. Məktəbin şagirdləri N.Rəsulzadə, C.Bayramzadə, M.Ağarzayeva P.Byakovanın (bədii rəhbər: E.Allahverdiyeva) ifasında “Küçələrə su səpmişəm” xalq mahnısı səsləndirib, məktəbin müəllimlərdən ibarət ansamblı (bədii rəhbər: Z.İmanova) tərəfindən Ulu Öndərin çox sevdiyi “Alagöz” mahnısı ifa olunub. Tədbir məktəbin şagirdlərdən ibarət ansambl və rəqs qrupunun ifasında “Azərbaycan” kompozisiyası ilə yekunlaşıb.

Sumqayıtda “Dahi şəxsiyyət və müdrik lider” adlı tədbir keçirilib

Sumqayıtda “Dahi şəxsiyyət və müdrik lider” adlı tədbir keçirilib

Sumqayıtda “Dahi şəxsiyyət və müdrik lider” adlı tədbir keçirilib

Sumqayıtda “Dahi şəxsiyyət və müdrik lider” adlı tədbir keçirilib

Sumqayıtda “Dahi şəxsiyyət və müdrik lider” adlı tədbir keçirilib

Sumqayıtda “Dahi şəxsiyyət və müdrik lider” adlı tədbir keçirilib

Sumqayıtda “Dahi şəxsiyyət və müdrik lider” adlı tədbir keçirilib

Sumqayıtda “Dahi şəxsiyyət və müdrik lider” adlı tədbir keçirilib

Sumqayıtda “Dahi şəxsiyyət və müdrik lider” adlı tədbir keçirilib

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər