Sumqayıt şəhərində 3 yaşlı qız uşağı yanıq xəsarətləri alıb.
sumqayitxeber.com Report-a istinadən xəbər verir ki,hadisə şəhərin 47-ci məhəlləsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 2015-ci il təvəllüdlü Səma Mehman qızı İsmayılovanın üzərinə qaynar su dağılıb.
Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir. Müayinə və müalicəsi həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.