Ötən gecə Sumqayıt şəhərində törədilmiş qətl hadisəsinin üstü açılıb.
Publika.az xəbər verir ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 1990-cı il təvəllüdlü Eldarov Şəhriyar Azad oğlunun bıçaqlanaraq öldürülməsində şübhəli bilinən şəxs müəyyənləşdirilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Mətləb Qədirov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.