Novruz Dünyamalıyev həlak olaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb
Bu gecə Sumqayıt şəhərində “BMW” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü Novruz Dünyamalıyev həlak olaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə Novruz Dünyamalıyevin cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 2:28-də başa çatıb.