Bu gün saat 00.30 radələrində Sumqayıt şəhəri ərazisində dəhşətli yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər sakini Mövsüm Ataxanzadənin idarə etdiyi “QAZ-3110” və Bakı şəhər sakini Vitaliy Sarayevin idarə etdiyi “Toyota RAV-4” markalı avtomaşınlar toqquşub. Nəticədə M.Ataxanzadənin sərnişinləri Şükür Əliyev, Cavid Quliyev və 45-50 yaşlı kişi hadisə yerində ölüb.
Xəsarət almış sürücü və V.Sarayev isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır