Sumqayıtda dəhşətli yol qəzası: 12 yaşlı uşaq öldü

955

Sumqayıtda piyadanın vurulması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Bir azyaşlının ölümü ilə nəticələnən yol qəzası Bakı-Quba yolunun Haci Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Avtobusdan düşərək yolu keçmək istəyən piyada, Sumqayıt şəhər sakini 12 yaşlı Samir Mövsümovu əks istiqamətdən sürətlə gələn “VAZ 2107” markalı avtomobil vurub.

Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Azyaşlı aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

Hadisəyə səbəb kimi, piyada Samir Mövsümovun avtobusun qarşısından qəflətən yola çıxması və qarşı tərəfdən gələn avtomobilin yüksən sürət seçməsi olub.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər