SUMQAYITda dekorativ tətbiqi sənət ABAD vasitəsi ilə yaşadılır

1523
Mücrülər, araqçınlar, kiçik ölçülü xalçalar, milli geyimli gəlinciklər…
Nigar İsmayılova 10 ildir dekorativ tətbiqi sənətlə məşğuldur. Xalçaçılığa olan həvəs onu bu sənətə gətirib. Nigar indi öz zərif əlləri ilə milli üslubda sənət əsərləri yaradır. O, sevimli işini peşəkar şəkildə davam etdirmək üçün ABAD ailəsinə qoşulub.
Nigar cəmi bir ildir ABAD ailəsinin üzvüdür. Buna baxmayaraq, hazırladığı tikmələr, milli suvenirlər dünyanın bir çox ölkələrinin vətəndaşlarına satılıb. Deyir, bu, onu daha da həvəsləndirir.
Nigar milli atributlarımızın, tarixi abidələrimizin əks olunduğu suvenirlərdə əsasən milli naxış və ornamentləri önə çəkir. Nigar İsmayılova deyir ki, ABAD-ın tətbiqi sənət ustaları üçün yaratdığı şərait onları sevimli sahələrinə daha da həvəsləndirir. Bu, həm ustaların maddi rifahının yaxşılaşmasına təsir göstərir, həm də dekorativ tətbiqi sənətin yaşamasına yol açır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər