Sumqayıtda dəm qazı “fırtınası” davam edir.
Daxili İşlər Nazirliyindən Milli.Az xəbər portalına verilən məlumata görə, ötən gün ərzində şəhər ərazisində 7 nəfər dəm qazından zəhərlənib. Onlardan birinin həyatını xilas etmək mümkün olmasa da, digərlərinin həyati təhlükəsi olmayıb.
Belə ki, martın 27-də Sumqayıt şəhər sakinləri Könül Səfərova, Şahnaz Bayramova, Lalə Abdullayeva, Natiq Rəhimov, Xırdalan şəhər sakinləri Nərmin Hüseynova, Fazil Həsənov, Minə Əsədova mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanalara gətirilib.
Sumqayıt şəhər sakini Minə Əsədovanın həyatını xilas etmıək mümkün olmayıb.
Martın 26-da da dəm qazı zəhərlənmələri olub. Sumqayıt şəhərinin Təzə Kotec qəsəbə sakini Şöhrət Hüseynov, İnşaatçılar qəsəbə sakini Cəmilə Rzayeva, şəhər sakini Eldar Məmmədov mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanalara gətiriliblər.
Milli.Az
tezelikce biim qonsuluqda da 23 yashinda nishanli qiz dem qazindan rehmete getdi.niye hami bogane yanasire,tehlukesizliye fikir verseler hec ne de olmaz.hadise basha verende bir defe olur.