Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan ikisi evə buraxılıb

167

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların ikisi evə buraxılıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında müalicəsi davam etdirilən 2 nəfər ambulator müalicə üçün evə buraxılıb:

“Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin vəziyyəti isə ağır stabil olaraq qalır”.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada ölüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər