Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən mağazaların birindən dəmir qapı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa və qəsdən sağlamlığa az ağır zərər vurmaya görə məhkum olunmuş Akif Cabbarov saxlanılıb.
Həmin şəxsin ətrafında aparılan tədbirlər nəticəsində onun şəhərdə iki həyətdən su sayğacı, bir zirzəmidən isə kondisioner oğurlaması da müəyyənləşdirilib.
Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.