Sumqayıtda dənizdə itən idmançılarla bağlı: “Bu qədər vaxt açıq dənizdə qayıqla sağ qalmaq qeyri-mümkündür”

3212
Ötən il 3 alpinist gəncin dağlarda itkin düşməsindən sonra ölkədə böyük bir ajiotaj yaransa da, demək olar ki, aylarla axtarışlar aparılsa da, idmançı uşaqlardan hələ də heç bir xəbər-ətər alınmayıb, heç bir iz tapılmayıb. Onların şokundən çıxmamış, ölkədə ekstremal idman növü ilə məşğul olan daha 2 nəfər itkin düşüb. İtən gənclər Nüsrət Nəzərzadə və Aqil Təbirlidir. Sumqayıt şəhərində yaşayan gənclər aprelin 18-də günorta radələrində məşq etmək üçün rezin qayıqla Xəzər bağları istiqamətinə yollanıblar. Həmin tarixdən etibarən adıçəkilən gənclərdən xəbər alan olmayıb. İtkin düşən idmançılarla alpinistlərlə bağlı FHN və digər aidiyyəti qurumlar tez-tez ictimiyyəti məlumatlandırdığı halda, bu 2 gəncin itkin düşməsinə sanki bir az laqeydlik müşahidə olunur.
Nüsrət Nəzərzadənin təlimçisi, Hərbi Vətənpərvərlik Klubunun rəhbəri, ehtiyatda olan zabit Abuzər Əbilov gənclərin itkin düşməsi hadisəsi barədə BakuPost-un suallarını cavablandırıb:
-Abuzər müəllim, Nüsrət peşəkar idmançı idi, yoxsa həvəskar?
-Nüsrət çoxdanın ekstremal turizmlə məşğul olanıdır. Bizə qoşulandan bir neçə dəfə onunla dağlara çıxmışdıq. Özü dağ, dəniz ekstremal idman növləri üzrə başqa klublarda məşğul olurdu. Peşəkar idi. Bu 2 gənc mütəmadi olaraq dənizə çıxırdılar. Üzgüçülüklə məşğul, ekstremal turizmlə məşğul olurdular.
Qışda dənizdə çimirdilər, uzaq məsafəyə üzürdülər. Qayıqla çıxırdılar. Onların professional qayıqları, qoruyucu jiletləri və hər cür hazırlıqları var idi. Onların qayığı professionaldır. Yəni, batma, deşilmə ehtimalı sıfırdır.. Nüsrət özü peşəkardır, amma yanındakı oğlana görə qoruyucu jilet götürübmüş. Həmişə də onunla gedəndə götürürdü. Lakin belə bir hadisənin olması adamı məyus edir. Konkret nə baş verdiyini bilmədiyimiz üçün də nəsə demək olmur.
Картинки по запросу 2 gənc dənizdə itkin düşdü
-Ehtimallar nədir?
-Onları dənizə girəndə görüblər. Lakin əvvəlcə polis araşdırma apardı, cürbəcür fərziyyələr irəli sürüldü. Biri dedi ki, qaçıblar, hardasa gizləniblər. Biri dedi, radikal silahlı qruplaşmalara qoşulublar. Amma bu, ağlabatan deyil. Çünki Azərbaycanın ərazisində radikal silahlı qruplar yoxdur. İkincisi, xaricə çıxa bilməzlər, çünki xarici pasportları yoxdur. Sərhədi keçmələri də mümkünsüzdür. Yoxsa tapardılar. Ona görə yalnız dəniz versiyası qalır. O da ki, əgər bu vaxta kimi hansısa adaya düşməyiblərsə, quruya çıxmayıblarsa, yəqin ki, məhv olublar. Çünki bu qədər vaxt açıq dənizdə qayıqla sağ qalmaq qeyri-mümkündür.
 -Qayıq, qoruyucu jilet, yaxud onlardan hər hansı iz tapılıb?
-Nə qayıq, nə qoruyucu jilet tapılıb. FHN axtarışlara vertolyot cəlb etmişdi, küləyin səmti sürətində də kəşfiyyat aparıldı, amma uşaqlar tapılmadı.
 -Onlar itən gün dənizdə dalğa olub?
-Aprelin 18-i səhər dənizə çıxıblar, onda dəniz sakit idi. Amma 18-dən 22-nə kimi dəniz küləkli olub. Bu ilin 20 yanvarında o uşaqla biz dağın zirvəsinə çıxdıq, şəhidlərimizi andıq. Sonuncu dəfə isə mən ona dənizə hazırlıqsız çıxmağı qadağan etmişdim. O da gözləyirdi ki, mənim qadağa müddətim bitsin, yenidən qrupa qatılsın. Onun “messenger”dəki yazışmalarından belə görünür ki, o biri uşaq ona israrla dənizə çıxmaq istədiyini deyib. O da gedib.
Илхам Алиев adlı şəxsin şəkli.
-Hazırlıq deyəndə nəyi nəzərdə tutursunuz?
-Yəni dənizə belə çıxışlar qrup halında olmalıdır. Müəyyən dövlət orqanlarının – FHN-nin, Suda Xilasetmə Xidmətinin, Sahil Mühafizə Xidmətinin icazəsi olduğu yerlərə çıxmaq lazımdır. Sahildən həddən çox uzaqlaşmaq da olmaz. Baxmayaraq ki, hava sakit idi, amma Xəzər hər an dəyişə bilir. Buna görə ona qadağa və xəbərdarlıq etmişdim. Dağdır, yüksəklikdir, belə yerlərə qrup halında gedəndə kimsə yıxılır, harasınısa əzirsə, ona dərhal köməklik olunur. Amma açıq dənizdə kim kimə kömək edə bilər axı?
-Dənizə çıxanda adını çəkdiyiniz qurumlardan icazə almaq lazımdır?
-Klub tərəfindən təşkil edilirsə, sözsüz ki, icazə alınmalıdır, xəbərdarlıq edilməlidir. Amma belə özbaşına hərəkət etmək bu kimi hallara gətirib çıxarır.
Nigar Etibar

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər