Sumqayıtda dənizdə meyiti tapılan kişi ilə bağlı bəzi təfərrüat məlum olub.
“Report”un yerli bürosunun məlumatına görə, bu, Sumqayıt şəhər sakini 1965-cı il təvəllüdlü İsgəndərov Elşən Mikayıl oğludur. Dənizdən meyiti tapılan şəxsin üzərində zorakılıq əlamətlərinin və bədənində bir bıçaq yarasının olduğu müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.