Bu il yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələr Şəfiyev Əbil Üzeyir oğlu və Məmmədova Arzu Ramil qızı ilə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının binasında deputat Müşfiq Məmmədlinin görüşü keçirilib.
Hər bir tələbə adını qazanmış gənclərə gələcək təhsilində uğurlar arzulayan millət vəkili Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil siyasətinin uğurla davam etdirildiyini, Azərbaycanda təhsilin dövlət başçısının daim diqqətində olduğunu vurğuladı. Ölkə üzrə ən yüksək nəticənin məhz Sumqayıtdan olmasının isə şəhər təhsilinin səviyyəsinin göstəricisi olduğunu, savadlı gənclərin yetişməsində fədakar müəllimlərimizin rolunun danılmazlığını söyləyən Müşfiq Məmmədli valideynlərin də əziyyətinin az olmadığını bildirdi. Gənclər öz növbəsində yüksək ali təhsil alaraq dövlətə yararlı vətəndaş olacaqlarını söylədilər. Daha sonra Deputat Müşfiq Məmmədli təşəkkür məktubunu gənclərə təqdim etdi.