Sumqayıt şəhərində dövlət-biznes tərəfdaşlığı formatında investisiya layihələrinin “Tik-idarə et-təhvil ver” modelinə uyğun nəzərdə tutulan işlərin xüsusiyyətlərinə dair dəyirmi masa keçirilib.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən dəyirmi masada Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarının, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin direktorunun və Mərkəzin əməkdaşlarının birgə iştirakı ilə fikir mübadiləsi aparılıb.


