Sumqayıtda dönərxana yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 20 m² olan dönərxananın yanar konstruksiyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı əriyib.
Dönərxananın qalan hissəsi və içərisindəki qaz balonu, bitişik, ümumi sahəsi 110 m² olan mağaza yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.