Sumqayıtda dörd cinayətin üstü açıldı

1272

Sumqayıtda bir neçə oğurluq faktının üstü açılıb.

Teleqraf.com xəbər verir ki, 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də şəhər ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri – B.Mehdiyev və əvvəllər məhkum olunmuş N.Şirinov saxlanılıblar.

Bundan başqa, 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-nə keçən gecə şəhər ərazisindəki mağazaların birindən noutbuk oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Piriyev tutulub.

3-cü polis bölməsi əməkdaşları daha bir cinayətin üstünü açıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də şəhər ərazisində “BMW” markalı avtomobildən pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Nurəliyev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun “Niva” markalı avtomobildən mobil telefon və sənəd oğurlaması da müəyyən edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər