Sumqayıtda dövlət müəssisəsindən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Sumqayıt şəhər sakini T.Novruzovanın içərisində 2000 manat və sənəd olan çantasını oğurladığına görə tutulmuş Hicran Qurbanovun ətrafında Sumqayıt polisi tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 18-dən fevralın 20-dək olan müddətdə A.Alıyarovaya məxsus çantadan, şəhər Memarlıq və Şəhərsalma İdarəsinin mühasibat otağından pul oğurlaması da müəyyən edilib.