Sumqayıtda dükan sahibi işçisi tərəfindən qətlə yetirilib

6656

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1979-cu il təvəllüdlü yerli sakin Quliyev Vüqar Ənvər oğlu Mehdi Hüseynzadə adına stadionun yaxınlığında şəxsi meyvə-tərəvəz dükanında öz işçisi tərəfindən bıçaqlanıb.

O, Sumqayıt şəhər TTYX-ya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti Sumqayıt şəhər morquna təhvil verilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər