Sumqayıtda Dünya və Avropa mükafatçısı yol qəzasında həyatını itirdi

2029


Sumqayıtda Dünya və Avropa mükafatçısı yol qəzasında həyatını itirdi Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində idman ustası Füzuli Bağırov faciəli şəkildə ölüb. O, idarə etdiyi mopedlə hərəkətdə olarkən yol kənarındakı dirəyə çırpılıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 1972-ci il təvəllüdlü F.Bağırov müxtəlif illərdə Dünya və Avropa çempionatlarının fəxri kürsülərinə qalxıb. O, ailəli olub, 3 övladı, 1 nəvəsi var. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər