Sumqayıtda əhaliyə psixiatr yardımı məsələləri müzakirə olunub

706

Sumqayıtda əhaliyə psixiatr yardımı problemlərinə həsr olunmuş elmi tibbi konfrans keçirilmişdir. Tədbirdə Sumqayıt şəhəri, Abşeron, Xızı, Qobustan, Şamaxı rayonlarının həkim-psixiatrları, nevropatoloqları iştirak edib.
AzərTAc xəbər verir ki, konfransı Sumqayıt səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyev açmışdır. Tədbirin məqsəd və vəzifələrindən danışan Ə.Tağıyev respublikanın sürətli inkişafı fonunda milli səhiyyəmizdə nəzərə çarpan müsbət meylləri diqqətə çatdırmışdır. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanın ən yeni tarixində rolunu vurğulamışdır.
Azərbaycan Səhiyyə Nazirliyinin baş psixiatrı, professor Gəray Gəraybəylinin çıxışı Azərbaycan Respublikasının “İlkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən xəstəliklərin (psixi pozuntuların) Siyahısı”nın təsdiq edilməsi haqqında” Qanununa əlavələr və dəyişikliklərə həsr edilmişdir. O bildirmişdir ki, respublikada psixi pozuntuları olan adamların sayı artır və bu meyl bütün dünyada müşahidə olunur. Eyni zamanda, psixiatriya ilə məşğul olmaq istəyənlərin sayı azalır. Professorun sözlərinə görə, demək olar ki, bütün mütəxəssislər pasiyentlərə antidepressantlar – ilk növbədə depressiyanın müalicəsi üçün nəzərdə tutulmuş psixotrop dərman preparatları təyin edirlər. O, Qanuna düzəlişləri şərh edərək mütəxəssisin diaqnoz qoymaq hüququnun tənzimlənməsi məsələsinə toxunmuşdur. Məsələn, əgər müalicənin birinci ayı xəstədə müsbət dinamika müşahidə edilmirsə, onu müalicəsini artıq mütəxəssislərə həvalə etmək lazımdır.
Respublika Səhiyyə Nazirliyinin Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzinin direktoru Bilal Əsədov, Respublika Psixi Sağlamlıq Mərkəzinin direktoru Zəfər Əliyev konfrans iştirakçılarına rəhbərlik etdikləri müəssisələrin fəaliyyəti barədə məlumat vermiş, bu sahənin aktual problemlərindən danışmışlar.
Konfransda əhaliyə psixiatrik tibbi yardım göstərilməsinə dair bir sıra məsələlərə aydınlıq gətirilmiş, yeni dərman preparatları və onların təsirindən söhbət açılmışdır. Konfrans zamanı tematik slaydlar nümayiş etdirilmişdir.
Mütəxəssislər həkimlərin və hüquq mühafizə orqanları nümayəndələrinin suallarına cavab vermişlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər