Sumqayıtda ekoloji səyyar laboratoriya

743

Ölkənin iri şəhərlərindən olan Bakı və Sumqayıda atmosfer havası yüksək dərəcədə çirklənməyə məruz qalır. 2000-ci ildə stasionar mənbələrdən atmosfer havasına atılan tullantıların ümumi miqdarı 515 milyon ton olduğu halda, 2009-cu ildə bu rəqəm 300 min ton təşkil etmişdir. Lakin son illər ölkədə, əsasən də Bakı şəhərində və Sumqayıt şəhərinin də yerləşdiyi Abşeron yarımadasında avtonəqliyyat vasitələrinin sayının intensiv şəkildə artması səyyar mənbələr tərəfindən atmosferə atılan zərərli qazların miqdarını artırmışdır. 2009-cu ildə avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr ümumi tullantıların 70%-ni təşkil etmişdir. Digər tərəfdən hər iki şəhərdə genişmiqyaslı yenidənqurma işlərə – yolların, yol ötürücülərinin tikintisi, abadlaşma işləri, nəqliyyatın sürətli artımı, elektrik nəqliyyatından imtina, binaların fasadının üzlük materiallarla bəzədilməsi və s. atmosfer havasında tozun miqdarını artırmışdır. Bütün bu hallar insan orqanizmi üçün təhlükəli nəticələrə gətirib çıxarır və şəhər ictimaiyətinin haqlı narazılıqlarına səbəb olur. Lakin bu narazılıqların bir elmi əsasını formalaşdırmaq üçün müstəqil tədqiqatların aparılmasına zərurət yaranmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı müşahidələr əsasən, hər iki şəhərin sənaye sahələrini əhatə etdiyi üçün nəzərə alaraq, şəhərsalma proseslərində vətəndaş cəmiyyətinin fəal mövqeyini formalaşdırmaq məqsədilə Ekoleks ekoloji hüquq Mərkəzi İctimai Birliyi ABŞ səfirliyinin Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramı tərəfindən maliyyələşdirilən “Bakı və Sumqayıtda “EcoWatch” səyyar laboratoriyası vasitəsilə əldə edilmiş məlumatlar üzrə əhalinin gündəlik ekoloji vəziyyəti barədə məlumatlandırması və əldə edilmiş məlumatların və onların təhlilinin ecowatch.az internet səhifəsində yerləşdirilməsi” layihəsini həyata keçirir. Layihənin məqsədi ictimai ekoloji monitorinq hesabına əhalinin ekoloji məlumatlılıq səviyyəsinin artırılmasına nail olunmasıdır. Bu məqsədlə səyyar laboratoriya əldə edilmiş, Sumqayıt və Bakı şəhərlərində, xüsusən, əhalinin yaşayış massivlərində monitorinq nöqtələri müəyyən olunmiş və tədqiqatlara başlanmışdır. Tədqiqatların nəticələrinin ictimailəşdirilməsi məqsədilə http://ecowatch.az internet səhifəsi yaradılır. toplanmış məlumatın rəsmi və müstəqil ekspertlər tərəfindən şərhi təmin ediləcək, mövcud problemlərin müakirəsi və aradan qaldırılması yolları araşdırılacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər