Sumqayıtda əmək yarmarkası keçirildi - FOTOLAR

2389

Gənclərin məşğulluğunun təmin olunmasında, əmək bazarına inteqrasiyasında ¬keçirilən əmək yarmarkaları mühüm rol oynayır. Bu tədbirlərin davamı kimi Sentyabrın 28-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçirildi.
Məzunların məşğulluq məsələsinə daim diqqətda saxlayan Sumqayıt Dövlət Universiteti bu yarmarka ilə ümumilikdə gənclərin işlə təmin edilməsi istiqamətində daha bir addım atdı. Əmək yarmarkasında 3-ü dövlət, 12-si qeyri-dövlət olmaqla Sumqayıt şəhərində fəaliyyət göstərən 15 işəgötürən tərəfindən 154 ştat vahidi boş iş yerləri (vakan vəzifələri) təqdim olundu, Sumqayıtın iri müəssisələri olan Sumqayıt Texnologiyalar Parkı, “Azərikimya”İB Sumqayıt Qaz İstismar sahəsi, “SOCAR”-ın karbamid zavodu, Gilan -Tekstil Park, “Qartal Tikinti firması”MMC, “STDC” MMC, “El-Plastik” MMC və digər iri şirkətlər də yarmarka iştirakçılarına vakant iş yerlərini təqdim etdilər.
SDU-nun Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov belə əmək yarmarların iş axtaranlarla işəgötürənlərin əlaqələndirilməsi baxımından habelə gənclərin, o cümlədən ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri və məzunlarının əmək bazarına inteqrasiyasının dəstəklənməsi və səmərəli məşğulluğunun təmin olunması baxımından böyük əhəmiyyət daşıdığını bildirdi. Qeyd etdi ki, məzunların işlə təmin olunması məsələsi Sumqayıt Dövlət Universitetinin prioritet istiqamətlərindən biridir. İnanıram ki, hər bir məzunumuz ölkəmizin kadr potensialına öz töhfələrini verəcəklər.
Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktor Elxan Bədəlov universitetin rektoru professor Elxan Hüseynova Əmək yarmarkasının keçirilməsinə şərait yaratdığına görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd iş adamlarına (sahibkarlara) gələcək kadrların seçiminin aparılmasına köməklik göstərməklə yanaşı, eyni zamanda məzun və tələbələrin ixtisasları üzrə vakant iş yerləri haqqında məlumat almalarına köməklik göstərməkdir.
Məzunlar və sonuncu kurs tələbələri layihə və mərkəzin fəaliyyəti haqqında məlumatlandırıldılar, layihədə iştirak etmək istəyən gənclərin CV-ləri qəbul edildi.Yüzlərlə gənc şirkətlərə iş üçün müraciət etdi, onların bir çoxu müsahibələrə dəvət olundular.
İştirakçılar da belə bir tədbirin təşkilinə görə təşkilatçılara öz təşəkkürlərini bildirdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər